Xəbərlər 26.01.2023 20:28 1734

“Şəhidlər Ölməz Vətən Bölünməz” adlı layihəsinin icrası çərçivəsində 2 şəhidimizin məzarı ziyarət edilmişdir 

“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Şəhidlər Ölməz Vətən Bölünməz” adlı layihəsinin icrası çərçivəsində 26.01.2023-cü il tarixdə , 2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat zamanı , Qazax rayonunun Kəmərli kəndindən olan 2 şəhidimizin - Baş leytenant Kazımov Yunis Qasım oğlu və Baş gizir Məmmədov Azər Mustafa oğlunun məzarları ziyarət olunmuşdur. Ziyarət zamanı cıxış edən “Gəncliyin Təşəbbüsü” maarifləndirmə ictimai birliyinin sədri və layihə rəhbəri Əliyev Azər layihə, donor haqda ətraflı məlumat vermişdir. Şəhidlərin ailə üzvlərinə layihə cərçivəsində keçiriləcək qol güləşi və mini futbol turnirləri haqda ətraflı məlumatlar vermişdir. Tədbirdə iştirak edənlər Qazax Rayon İcra Hakimiyyətinin əməkdaşı Xəlilli Məhəmməd , Qazax RİH başçısının Kəmərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Orucov Səməd , şəhid ataları - Elxan Abdullayev , Nəsibov Vaqif , Məmmədov Müqabil , qazilər və veteranlar - Namiq Alıyev , Azər Məmmədov , Cəfər Cəfərov , Məmmədov Avdı , ehtiyatda olan zabit Fərzəliyev Rəşad , “Gəncliyin Təşəbbüsü” maarifləndirmə ictimai birliyinin idarə heyatinin üzvləri Mustafayev İsmayıl , Suleymanov Suleyman və Əliyev Emin Vətən müharibəsinin zəfər yolu haqda fikirlərlərini bölüşmüşlər ,sentyabr şəhidləri haqda ətraflı danışaraq vətənpərvər cıxışlar etmişdirlər.

     Şəhidimizin yaxınları göstərilən qayğı və diqqətə görə minnətdarlıq bildirdilər və turnirlərə xeyir dua veriblər. Ziyarətdə iştirak edən QMİ–nin Qazax rayon Daş Salahlı kənd məscidinin imamı Xəlilov Sərxan Şəhidlərimiz ücün dualar etdi . Şəhidlərimizin ailələri keçiriləcək turnirlərin onlar uçun mənəvi dəyəri çox yüksək olduğunu bildirdilər.

Ziyarət olunan şəhidlərimiz:

       1. Şəhid Yunis Qasım oğlu Kazımov 1993-cü il sentyabrın 24-də Qazax rayonunun Kəmərli kəndində anadan olub. Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetini bitirdikdən sonra, hərbi xidmətə yollanıb. Quba rayonunda "N" saylı hərbi hissədə xidməti zamanı Xüsusi Təyinatlı Qüvvələrin ordusuna daxil olmuş və orada Azərbaycan Ordusuna xidmətini davam etmişdir. Yunis Kazımovun 44 günlük Vətən müharibəsində əsl qəhrəmanlıq və şücaət nümayiş etdirmişdir. 2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı olmuşdur , həmin təxribatın qarşısını alarkən Yunis Kazımov döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. 14 sentyabr tarixində Qazax rayonunun Kəmərli kəndində dəfn edilmişdir.

"Azərbaycan Bayrağı" və 3-cü dərəcə "Rəşadət" ordeni , "Vətən uğrunda" , "Cəbrayılın azad olunmasına görə" , "Xocavəndin azad olunmasına görə" , "Şuşanın azad olunmasına görə" , "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşdur.

          2. Şəhid Azər Mustafa oğlu Məmmədov 4 mart 1993-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1999-2010-cu illərdə Akif Bəbirov adına Qazax rayon Xanbağı kənd tam orta məktəbində orta təhsil almışdır. Ailəli idi , şəhid olmasından 20 gün əvvəl ailə həyatı qurmuşdu. 44 günlük Vətən Müharibəsinin qəhramanlarından idi. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Çevik Hərəkat Dəstəsinin Baş giziri olan Azər Məmmədov 2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı olmuşdur, həmin təxribatın qarşısını alarkən Azər Məmmədov döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur . 14 sentyabr tarixində Qazax rayonunun Kəmərli kəndində dəfn edilmişdir.

"Azərbaycan Bayrağı" ordeni , "Vətən uğrunda" , "Zəngilanın azad olunmasına görə" , və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşdur.

#AzGF #GənclərFondu #gəncliyintəşəbbüsü #GTMİB


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı