Xəbərlər 26.01.2023 17:30 1462

 “GMİB-in institutisonal inkişafına dair tədbirlər” layihəsi çərçivəsində təlim keçirilib - FOTO

  22 illik fəaliyyəti olan Gənc Mühasiblər İctimai Birliyi USAID-in “Özəl Sektorun İnkişafı” layihəsi (PSA) çərçivəsində qadınların biznes assosiasiyaları və sahibkarlıq fəaliyyətinin gücləndirilməsi istiqamətində keçirilən tədbirlərdə iştirak edərək təşkilatın xidmətlərinin genişləndirilməsi, üzvlüklərin artırılması və təşkilatın institusional inkişafını gücləndirmək üçün iştirak etmiş və yeni strateji planlaşdırma etmişdir.

Bu istiqamətdə GMİB tərəfindən keçirilən “GMİB-in institutisonal inkişafına dair tədbirlər” layihəsi çərçivəsində qadın sahibkarlarının və qadın assosasiyalarının mühasibatlıqla bağlı problemlərinin həllinə, maliyyə savadlılığının artırılmasına, qadın assosiyalarının inkişafına dəstək olmaq məqsədilə Bakı,Gəncə şəhərlərində və Masallı rayonunda təlimlər təşkil etməyi nəzərdə tutmuşdur.

Belə ki, Masallı rayonunda təlimin son hissələri 23-24 yanvar 2023-ci il tarixlərində keçirildi.

  Təlimdə 20 nəfər qadın iştirak etmişdir. Təlimçi Rafət Şirəliyev təlimin ilk günü ümumi maliyyə savadlılığına giriş barəsində çıxış etdi. İştirakçı qadınlar hazırkı fəaliyyətləri barədə təqdimat etdilər. Hansı işlərlə məşğul olduqları, maliyyəni öz işlərində, şəxsi həyatında necə idarə etməkləri ilə bağlı oyun formatında tanışlıq oldu. “Ümumi maliyyə terminləri”, “Maliyyə haqqında nələr bilirik”, “Şəxsi büdcəni necə tərtib edirik”, “Gəlir və xərcləri necə planlaşdırırıq” mövzularında təlimçi ətraflı izah verdi. Həmçinin test vasitəsilə iştirakçıların təlimdən əvvəl və sonra biliklərindəki dəyişikliklər, təlimin keyfiyyəti yoxlanıldı. 

Təlimin ikinci günü isə təlimçi Rafət Şirəliyev bir sıra mövzulara toxundu. Belə ki, bank məhsulları, kreditlər, əmanət, yığımlar, biznesin büdcəsinin tərtibi, vergi ödəyiciliyi, məcburi, icbari ödənişlər bu mövzulara aiddir. Həmçinin Qadınların Milli Biznes Gündəliyinin təqdimatı edildi və qadınlara bu haqda geniş məlumat verildi. Təlim zamanı iştirakçılara maliyyə baxımından SWOT analizi edildi, bununla da maliyyə imkanları ilə bağlı güclü və zəif cəhətləri barədə, imkanlar, risklər barədə analiz edildi. 

Təlimin sonunda iştirakçılar sertifikatla təltif olundular.

Qeyd edək ki, iştirakçılara konsultasiya xidmətləri də göstərilmişdir. Üzvlüyə qəbul olunan qadınlar isə bu xidmətlərdən davamlı yararlana biləcək.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı