Xəbərlər 26.01.2023 17:20 2698

 Komitə sədri: Ekologiya sahəsində fəaliyyət göstərən QHT-lərlə görüş keçiriləcək

Milli Məclisin Təbii ehtiyatlar və ekologiya komitəsinin təsdiq edilmiş iş planında cari sessiya dövründə ekologiya sahəsində fəaliyyət göstərən QHT-lərlə görüş və müzakirələr nəzərdə tutulub.

Bu barədə adıçəkilən komitənin sədri Sadiq Qurbanov QHT.az-a açıqlamasında  məlumat verib.
 

“İclasda bir sıra məsələlərə baxılıb və Milli Məclisin Təbii ehtiyatlar və ekologiya komitəsinin 2023-cü ilin yaz sessiyasının iş planı təsdiq edilib. Təsdiq edilmiş iş planında cari sessiya dövründə ekologiya sahəsində fəaliyyət göstərən QHT-lərlə görüş və müzakirələr nəzərdə tutulub.”
 

Komitə sədri bildirib ki, hazırda bir aydan artıq Laçın-Xankəndi yolunun Şuşa ərazisində eko fəllarımızın və vətəndaş cəmiyyəti insultlarının başladığı aksiya uğurla davam etməkdədir bu zərurətdən QHT-lərlə görüşü iş planına daxil etmişik.
 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı