Xəbərlər 26.01.2023 12:58 2261

Bu şəxs 18 yaşında bir bədənə sahib olmaq üçün ildə 2 milyon dollar xərcləyir - ÖZƏL

45 yaşlı iş adamı Bryan Johnson 18 yaşında bir bədənə sahib olmaq üçün inanılmaz gündəlik iş rejiminə əməl edir. Özünə 30 həkim grupu tutan adam cavanlaşmaq üçün hər il 2 milyon dollar xərcləyir.
QHT.az xəb ər verir ki, 30 yaşlarında qurduğu e-ticarət şirkəti "Braintree Payment Solutions"-ı "EBay"-a 800 milyon dollara sataraq sərvət qazanan proqram təminatı istehsalçısı 45 yaşlı Bryan Johnson yeni hədəfi ilə indi dünya gündəminə düşüb.

Orta yaşlı proqram tərtibatçısı iddia edir ki, o, bədənini bioloji yolla gəncliyinə qaytara bilər və buna ildə orta hesabla 2 milyon dollar xərcləyir.

İndi beyin siqnallarını izləyən predmetlər istehsal edən Kernel adlı şirkətin baş direktoru olan Johnson, indiyə qədər etdiyi səylərin ona 37 yaşlı bir insanın ürək tutumunu və vəziyyətini, 28 yaşlı bir insanın dərisini təmin etdiyini söylədi. Ağciyər tutumu isə 18 yaşındadır.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı