Xəbərlər 25.01.2023 22:31 586

“Əlil Təşkilatları üçün Bacarıqların Artırılması” təlimlərinə start verilib - FOTO

“Əlil Təşkilatları üçün Bacarıqların Artırılması” adlı təlim keçirilib.

QHT.az xəbər verir ki, təlim Avropa Ittifaqının maliyyə dəstəyi ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən icra olunan “Azərbaycanda həssas qrupların hüquqlarının müdafiəsi” layihəsi üzrə “Demokratiyanı Öyrənmə” İctimai Birliyi tərəfindən həyata keçirilən “Əlilliyi olan şəxslərin hüquqlarının təşviqi və müdafiəsi” layihəsi çərçivəsində təşkil olunmuşdur.

10 nəfərin iştirakı ilə 3 gün davam edəcək təlimin birinci günü əlilliyi olan şəxslərin hüquqları ilə bağlı məsələlərə həsr olunmuşdur. Təlim “Demokratiyanı Öyrənmə” İctimai Birliyi nin sədri Mirəli Hüseynov və təşkilatın hüquqşünası Abil Bayramov tərəfindən keçirilib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı