Xəbərlər 25.01.2023 19:00 1088

Masallı RİH başçısının Ərkivan qəsəbəsində səyyar görüş-qəbulu

Masallı RİH başçısının Ərkivan qəsəbəsində səyyar görüş-qəbulu

Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqların icrası, əhalini narahat edən problemlərin yerlərdə həlli məqsədilə Masallı Rayon İcra Hakimiyyəti başçısının ərazilərdə səyyar qəbulları davam edir.
RİH başçısı Araz Əhmədov vətəndaşlarla növbəti səyyar görüş-qəbulunu Ərkivan qəsəbəsində keçirib.
Yanvarın 25-də “Ərkivan” şadlıq sarayında gerçəkləşən görüşdə rayon rəsmiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, ağsaqqallar, ziyalılar, qəsəbə sakinləri iştirak ediblər.
Qəbul başlamazdan öncə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Görüş iştirakçılarını salamlayan RİH başçısı Araz Əhmədov səyyar qəbulu açıq elan edib.
Vətəndaşların sosial müdafiəsinin təmin edilməsinin dövlətimizin əsas strateji vəzifələrindən olduğunu diqqətə çatdıran rayon rəhbəri respublika Prezidenti cənab İlham Əliyevin hərtərəfli qayğısı sayəsində zamanla problemlərin aradan qaldırıldığını və əhalinin sosial rifahına yönəlmiş tədbirlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb: “İstər ərazilərdə keçirilən səyyar qəbullarda, istərsə də fərdi şəkildə aparılan qəbullarda səsləndirilən hər bir müraciət diqqətlə araşdırılaraq qanunvericiliyə uyğun icrası təmin olunur...”
10 avqust 2022-ci il tarixdə Ərkivan ərazisində sakinlərlə görüşü zamanı edilən müraciətlərin həlli ilə bağlı məlumat verildikdən sonra İcra başçısı qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı onların müraciətlərini dinləyib.
Sakinlərdən Əfrail Fərziyev, Həmid Mənsimov, Akif Ağayev, Müşfiq Nuriyev, Rəna Qurbanova, Cəfər Cəfərov, Məmmədağa Şiriyev, Firdovsi Abbasov, Ramiz Əliyev, Mənijə Yəhyayeva, Mirəyyub Əliyev, Elmira Kazımova, Niyaz Abiyev, Səxavət Səfərov qəsəbə mərkəzində işıqforun quraşdırılması, 1 və 3 saylı məktəblərin təmiri və ya tikintisi, Bağlakücədə abadlıq işlərinə maneçilik törədən qaz xəttinin yerinin dəyişdirilməsi, piyada keçidləri, qəsəbənin tanınmış insanlarının adlarının əbədiləşdirilməsi, sosial evlərin tikintisi, Allahyarlı, Qızlaküçə və digər yaşayış massivlərinə asfalt örtüyü döşənməsi, su-kanalizasiya xəttinin çəkilməsi, SİP kabelləşmə, rabitə xəttlərinin yenilənməsi və s. məsələlər barədə müraciət və təkliflərini səsləndiriblər.
Çıxışlarda rayonda, o cümlədən qəsəbədə görülən işlərə, əhaliyə göstərilən diqqət və qayğıya görə ölkə başçısına, Birinci vitse-prezidentə, rayon rəhbərliyinə minnətdarlıq ifadə olunub. 
Görüşü yekunlaşdıran Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov həlli mümkün məsələlərin icrası istiqamətində aidiyyəti qurumlara tapşırıqlar verib. Bir neçə müraciətlə bağlı vətəndaşlara qanunamüvafiq izahat verilib, digərləri nəzarətə götürülüb.

Akif AĞAYEV.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı