Xəbərlər 25.01.2023 18:50 1344

Şimali Koreyada sirli xəstəlik: Paytaxt karantinə alınıb - ÖZƏL

Şimali Koreyada sürətlə yayılan müəmmalı respirator xəstəlik hökuməti təşvişə salıb. Paytaxt Pxenyanda 5 günlük komendant saatı elan edilib. Şəhər sakinlərindən evdən çıxmamaq və tez-tez hərarətlərini yoxlamaq xahiş olunub.

QHT.az xəbər verir ki, hökumət elanında koronavirusdan bəhs etməyib və şəhər sakinlərindən bazar gününə qədər evdə qalmağı və gün ərzində bir neçə dəfə hərarətlərini yoxlamağı xahiş edib.

Yerli media bildirir ki, sakinlər hökumətin açıqlamasından sonra bazarlara axışaraq, ərzaq və zəruri mallar yığıblar.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı