Xəbərlər 25.01.2023 10:52 7639

4 yaşlı “Yeni Sabah”ın rəhbəri: "Yol olmayan yerdən getdik"

Bu gün “Yeni Sabah” xəbər saytının fəaliyyətə başlamasının 4 ili tamam olur.

 

 

QHT. az -ın məlumatına görə, sayt 2019-cu il yanvarın 25-də fəaliyyətə başlayıb.

 

“Yeni sabah”da cəmiyyətin bütün sosial təbəqələrini maraqlandıracaq xəbərlər, müsahibələr, araşdırma və açıqlamalar yayımlanır. 

 

 

“Yeni Sabah” hazırkı elektron KİV-lər arasında oxunaqlı saytlarından biridir.

 

Saytın rəhbəri Elnur Məmmədli qarşıda gerçəkləşdirmək istədikləri çoxlu planların olduğunu vurğulayıb:

 

"4 ildə arzu etdiyimiz yerdə ola bilməmişiksə də, ədalət naminə deməliyəm ki, bu qədər böyük rəqabətin içərisində öz cığırımız olub. Yol olmayan yerdən getdik və müəyyən iz buraxa bildiyimizi düşünürəm. Məktəb yaşına çatanda “Yeni Sabah”ın daha böyük işlər görə biləcək...".

 

Həmkarlarımızı təbrik edirik!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı