Masallıda şəhid ailələri üçün evlər inşa edilir
Masallıda şəhid ailələri üçün evlər inşa edilir
Respublika Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarına uyğun olaraq şəhid ailələri və müharibə əlilləri geniş miqyaslı sosial dəstək tədbirləri ilə əhatə olunur. Bu məqsədlə dövlət sifarişi ilə tikilən həm çoxmərtəbəli binaların, həm də fərdi yaşayış evlərinin sayında artım müşahidə edilir.
Masallıda rayon rəhbərliyinin təşəbbüsü ilə Bala Təklə kəndində, Birinci Qarabağ müharibəsi şəhidi Ağayev Yavər Balaxan oğlu və Masallı şəhərində, rayonun Yolağac kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Əzizov Raqib Vidadi oğlunun ailəsi üçün fərdi yaşayış evlərinin inşasına başlanılıb.
Məlumat üçün bildirək ki, şəhid ailələri və müharibə əlillərinə bu il ölkə üzrə 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, artıq 900-dən çoxu təqdim edilib. Onlardan 500-ü regionlarda inşa edilən fərdi evlərir.
Akif AĞAYEV