Xəbərlər 20.01.2023 19:13 1140

Masallıda 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb

Qəhrəmanlıq tariximiz, azadlıq mücadiləmiz
 

Azərbaycan xalqının tarixinə qanlı səhifə kimi daxil olmuş 20 Yanvar günü eyni zamanda qəhrəmanlıq salnaməmiz, azadlıq mücadiləmizdir.
Respublikanın hər yerində olduğu kimi Masallıda da 20 Yanvar şəhidlərinin anım günü rayon mərkəzində və ayrı-ayrı yaşayış məntəqələrində keçirilən tədbirlərlə yadda qalıb. 
Şəhər “Qəhrəmanlar parkı - Şəhidlər abidə kompleksi”ndə 20 Yanvar faciəsinin 33-cu ildönümü ilə əlaqədar ümumrayon anım mərasimi keçirilib.
Səhər saatlarından başlayaraq ziyarətə gələn insanları, minlərlə rayon sakinini bir amal birləşdirirdi: Azadlığımız, müstəqilliyimiz uğrunda canından keçənlərin xatirəsini yad etmək, onların haqq işinin müdafiəçisi olduğunu bildirmək.
Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri və əməkdaşları, ağsaqqallar, ziyalılar, məktəblilər, Qarabağ müharibəsi veteranları,  ictimaiyyət nümayəndələri 20 Yanvar və Şəhidlər abidə kompleksinin önünə tər qərənfillər düzərək şəhidlərimizin ruhunu ehtiramla yad ediblər.
Eyni zamanda, rayon ərazisində matəm əlaməti olaraq Dövlət Bayrağı endirilib, saat 12:00-da rayonun bütün ərazilərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrində səs siqnalları verilib.

Akif AĞAYEV
 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı