Xəbərlər 20.01.2023 19:15 1318

Kosovoda daşqın: Küçələri su basdı - ÖZƏL

Kosovoda 3 gündür davam edən leysan yağışları səbəbindən bəzi bölgələrdə küçə və prospektləri su basıb, ən azı 100 nəfər təhlükəsiz bölgələrə təxliyə edilib.
QHT.az xəbər verir ki, Kosovoda son 3 gündür davam edən leysan yağışları səbəbindən ölkənin mərkəzi küçələri, xüsusilə İpek, Skenderay, Mitroviça və Poduyeva bölgələri su altında qalıb.

Çayların daşması nəticəsində bir çox şəhərlərdə evlər və iş yerləri su altında qalıb, Kosovo Təhlükəsizlik Qüvvələrinin (FSK) qayıqları və hərbi maşınları ilə kosovalılar xilas edilib. Gecə saatlarında xilasetmə işləri davam edərkən vətəndaşlar təhlükəsiz ərazilərə yerləşdirilib. Səlahiyyətlilər ən azı 100 nəfərin təxliyə edildiyini bildirib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı