Xəbərlər 20.01.2023 13:10 1287

ABŞ Dövlət Departamentinin idarə direktoru Şəhidlər xiyabanını ziyarət etdi

Bu gün ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun Qafqaz İşləri və Regional Münaqişələr İdarəsinin direktoru Mark Kemeron Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.


“Bu gün ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun Qafqaz İşləri və Regional Münaqişələr İdarəsinin direktoru Mark Kemeron ilə birlikdə biz Qara Yanvarda yaralanan və həlak olan çoxlu sayda mülki vətəndaşların xatirəsini ehtiramla yad etməkdə azərbaycanlılarla qoşuluruq. Şiddətli hücum zamanı yaxınlarını itirən ailələrə və dostlara dərin hüznlə başsağlığı verir və öz əqidələrini dinc yolla müdafiə edənlərin fədakarlıqlarını unutmuruq”, – qeyd olunub.

konkret.az

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı