Xəbərlər 19.01.2023 20:00 1072

Fransızlar pensiya islahatları üçün küçələrə çıxdılar - ÖZƏL

İctimai nəqliyyat, təhsil, enerji və ictimai işçilər kimi sektorlar hökumətin pensiya islahatına qarşı tətilə qərar verərkən, Paris, Nitsa, Montpellier, Renn, Tuluza, Nant, Marsel və Bordo kimi şəhərlərdə nümayişlər başlayıb.

QHT.az xəbər verir ki, Parisin Respublika meydanına toplaşan nümayişçilər Millət meydanına doğru yürüş ediblər. Nümayişçilər əllərində “60 yaşında təqaüdə çıx” və “Dolanışığını qazanmaq üçün həyatını itir” yazılmış plakatlar qaldırıblar.

Ultra solçu İtaətsiz Fransa (LFI) partiyasından Jean-Luc Melenchon, Marseldə qatıldığı nümayiş zamanı mətbuata açıqlama verərək, bu islahatın mənasız olduğunu müdafiə edərək, “Pensiya sistemi bunu etmir və etməyəcək”. dedi.

Ən böyük həmkarlar ittifaqı CGT-nin baş katibi Philippe Martinez, ölkə daxilində nümayişlərə 1 milyondan çox insanın qatılacağını gözlədiyini bildirdi və dedi: “Hökumət (pensiya) islahatının ədalətli olduğunu düşünürsə, qoy getsin referenduma”. ifadəsini işlətdi.

Digər tərəfdən, Le Parisien, Liberation, Ouest-France, L'Opinion, Paris-Normandie, L'Union, Aines Nouvelle kimi bir çox milli və yerli qəzetləri, pensiya islahatına qarşı tətil və nümayişləri manşet etdi. .


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı