Xəbərlər 18.01.2023 14:22 955

İndoneziyada 7,1 bal gücündə zəlzələ baş verib - ÖZƏL

İndoneziyanın Şimali Sulavesi bölgəsində 7,1 bal gücündə zəlzələ baş verib. Zəlzələdən sonra sunami xəbərdarlığı edilib.
İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyinin (BMKG) verdiyi açıqlamaya görə, Şimali Sulavesi bölgəsində 7,1 bal gücündə zəlzələ baş verib.

QHT.az xəbər verir ki, episentri Melonquan yaxınlığında olan zəlzələ 64 kilometr dərinlikdə qeydə alınıb. Şimali Sulavesi Manado şəhərində güclü hiss edilən zəlzələdən sonra insanların təşviş içində çölə axışdığı bildirilib.

Sakit Okean Sunami Xəbərdarlıq Mərkəzi zəlzələ mərkəzinin 300 kilometrliyində sunami dalğaları təhlükəsi barədə xəbərdarlıq edib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı