Xəbərlər 17.01.2023 15:33 1842

Beynəlxalq jurnallar üçün elmi nəşrlərin hazırlanmasına dair təlim keçirilib - FOTO

Yanvarın 16-da Hüquq və İnsan Haqları İnstitutunda beynəlxalq jurnallar üçün elmi nəşrlərin hazırlanmasına dair təlim keçirilib.


QHT.az xəbər verir ki, İnstitutun İdarə Heyəti sədrinin müavini Üzeyir Məmmədov hüquqşünas əməkdaşlara “Beynəlxalq jurnal üçün elmi nəşrin hazırlanması: elmi nəşriyyatların tövsiyə və tələblərinin qısa icmalı” mövzusunda təlim keçmişdir. Təlim zamanı ümumi müddəalar, akademik yazı (academic writing), elmi məqalənin tərkibi, elmi məqalənin nəşri barədə ətraflı məlumat verilmişdir. Tədbirdə nüfuzlu beynəlxalq jurnallarda məqalələr dərc etdirmək üçün faydalı ola biləcək bəzi alətlər və platformalar tövsiyə edilmişdir. Bundan əlavə, alimlərin və əməkdaşların məqalələrinin aparıcı beynəlxalq nəşrlərdə dərc olunmasının vacibliyi xüsusi vurğulanmışdir. Ümumilikdə, bu təlimi alim və təşkilatların elmmetrik göstəricilərinə həsr olunmuş əvvəlki təlimin məntiqi davamı hesab etmək olar.
 

Təlimdə əldə edilən məlumatlar gələcəkdə İnstitut əməkdaşlarına beynəlxalq jurnallar üçün elmi nəşrlərin hazırlanmasında faydalı olacaq. Sonda jurnal seçimi, nəşr üçün uyğun olan jurnalların tapılması məsələlərinə əyani olaraq aydınlıq gətirilmiş və təlim iştirakçılarının sualları cavablandırılmışdır.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı