Səfir Ulusoy Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini ilə ikitərəfli əlaqələri müzakirə edib - ÖZƏL
Türkiyənin Ər-Riyaddakı səfiri Fatih Ulusoy Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini Vəlid əl-Hüreyci ilə görüşüb.
QHT.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, paytaxt Ər-Riyadda nazirlik binasında keçirilən görüşdə ikitərəfli əlaqələr müzakirə edilib.
Ulusoy və Hureyci, ortaq əhəmiyyət kəsb edən regional inkişafları da qiymətləndirdi.