Xəbərlər 10.01.2023 22:22 2417

Hulusi Akar Qarabağ Qaziləri ilə görüşüb - FOTO +VİDEO

Hulusi Akar: "Türkiyə və Azərbaycana qarşı planı olanlar iki dəfə düşünəcək"

Milli Müdafiə naziri Hulusi Akar Türkiyə Döyüş Qaziləri Dərnəyi Rəhbərliyi və Azərbaycan Qarabağ Qaziləri ilə görüşüb


Azərbaycanın "Vətən əməliyyatı” ilə işğal altındakı torpaqlarını azad etdiyini xatırladan nazir qeyd edib: “Azərbaycan ordusu əməliyyatı böyük uğurla həyata keçirdi. Biz buna sevinirik”.
Nazir bildirib ki, bütün dünya gördü ki, Türkiyə və Azərbaycan "Bir millət, iki dövlət", "İki ananın oğlu"dur.
Şəhid və qazilərin fədakarlıqlarının nəsillər boyu xatırlanacağını və tarixdə mühüm yer tutacağını vurğulayan Akar onları qələbənin qüruru adlandırıb.
"Türkiyə ilə Azərbaycan kədər və sevinc içində bir yerdədir. Bir yumruq, bir ürək olacağıq. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”, - H.Akar əlavə edib.

Qeyd edək ki,səfər Türkiyə Müharip Gaziler Derneyinin dəvəti, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı