Xəbərlər 10.01.2023 14:33 2800

Prezidentlə müsahibədə bu jurnalistlər iştirak edib - ADLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün yerli televiziya kanallarına müsahibə verib.

 

 

Ölkə başçısı jurnalistlərin müxtəlif suallarını cavablandırıb.

 

Maraqlıdır, dövlət başçısnın müsahibəsində hansı telekanalların əməkdaşları iştirak edib.

 

QHT.az Modern.az-a  istinadən məlum olub ki, Prezidentlə müsahibədə Azərbaycan Dövlət Televiziyasını (AzTV) Tofiq Abbasov, “Real” TV-ni İlqar Mikayıloğlu, İctimai Televiziyanı Nərmin Salmanova, CBC telekanalını Sənan Rzayev, "Xəzər" TV-ni Nigar Mahmudova təmsil edib.

 

Qeyd edək ki, müsahibəyə "Space", ATV, ARB, ARB24 telekanallarının əməkdaşları dəvət olunmayıb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı