Xəbərlər 29.12.2022 12:35 1311

Twitter bütün dünya ölkələrində çökdü - ÖZƏL

Dünyanın ən zəngin iş adamlarından biri olan İlon Maskın satın alınmasından sonra gündəmdən düşməyən Twitter indi də istifadəçilərin sayta daxil olmaqda yaşadıqları çətinliklərlə danışılır.

 

QHT.az xəbər verir ki, çərşənbə günü verilən məlumata görə, problemlərlə üzləşən Sosial Media saytı bütün dünyada sıradan çıxıb. İstifadəçilər sayta daxil olmaqda problem yaşadıqlarını bildiriblər.

 

Saytla bağlı problem İlon Maskın ABŞ-ın Sakramento şəhərindəki məlumat mərkəzlərindən birini bağladığını elan etməsindən sonra yaranıb.

 

Şənbə günü bir tvitində Mask, məlumat mərkəzini bağlasa da, Twitter-in yavaş işlədiyini bildirdi. Maskın xərclərini azaltmağa çalışdığı şirkət hələlik problemlə bağlı açıqlama verməyib.

 

İnternet trafikini izləyən "Downdetected.com "saytı problemin daha çox mobil tətbiqdən daxil olunan versiyalarda yaşandığını bildirib.

 

Qeyd edək ki, bir saat ərzində 10 min istifadəçi sayta daxil olmaqda çətinlik çəkdiklərini bildirmişdir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı