Xəbərlər 27.04.2022 12:57 1901

İctimai iştirakçılıqla bağlı müzakirə keçirilib - FOTOLAR

Aprelin 26 Excelsior Hoteldə “Regionlarda ictimai iştirakçılığın təşviqi” layihəsinin yekunları ilə bağlı dəyirmi masa keçirilib.
 
Tədbiri giriş sözü ilə açan “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri, layihə rəhbəri Cəsarət Hüseynzadə qeyd edib ki, 3 ay davam edən layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı həyata keçirilib.
Təşkilat rəhbəri qeyd edib ki, layihə çərçivəsində ictimai iştirakçılıq haqqında buklet hazırlanaraq 1000 nüsxə həcmində nəşr olunub. Sumqayıt, Şirvan, Salyan və Qubada ictimai iştirakçılıqla bağlı maarifləndirici tədbirlər təşkil olunub. Tədbirlərdə 30 ictimai şura üzvü, 8 QHT nümayəndəsi, 50 ictimai fəal və 5 icra hakimiyyəti nümayəndəsi iştirak edib. Eyni zamanda regionlarda ictimai iştirakçılıqla bağlı 4 reportaj hazırlanıb. Təşkilat sədri bildirib ki, davamlı fəaliyyət regionlarda ictimai iştirakçılığın inkişafına səbəb olmaqla, yerli icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığının artırılmasına yardımçı olacaqdır.
 
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimov Agentliyin qrant müsabiqəsi ilə bağlı 7 prioritet mövzudan birinin məhz “Açıq hökumətin və ictimai nəzarətin təşviqi, korrupsiyaya qarşı mübarizə məsələləri” olduğunu diqqətə çatdırıb.
Müşahidə Şurasının üzvü bildirib ki, ictimai iştirakçılığın inkişafında Vətəndaş Cəmiyyəti Təşkilatlarının nümayəndələri aktiv olmalıdır və QHT Agentliyi bu məsələnin təşviq edilməsində maraqlıdır. Zaur İbrahimov qeyd edib ki, bu sahədə uğurlu nəticə əldə etmək üçün dövlət qurumları ilə vətəndaş cəmiyyəti təşkilatlarının birgə fəaliyyəti vacib şərtdir. Qanunvericiliklə bağlı təkliflər hazırlanır və QHT-lərdən gələn təklifləri sistemləşdirərək müvafiq qurumlara təqdim etməyə hazırıq deyə - Zaur İbrahimov qeyd edib.
 
Tədbirdə çıxış edən QHT rəhbərləri bu tip layihələrin vacibliyini qeyd etməklə yanaşı, ictimai iştirakçılığın inkişafı, ictimai nəzarət mexanizmləri və ictimai şuraların effektiv fəaliyyətləri ilə bağlı problemləri və təklifləri səsləndiriblər.
 
 
 
 
 
 
 
 
 
 
 

 

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı