Xəbərlər 28.12.2022 21:10 869

Çində xəstəxanalarda yer qalmadı: Xəstələr dəhlizlərdə müalicə olunur - ÖZƏL

Çində Covid-19 hadisələrinin artmasından sonra xəstəxanalardakı sıxlıq səbəbindən xəstələr dəhlizlərdə müalicə olunmağa başlayıb.

 

QHT.az xəbər verir ki, noyabr ayında baş verən ümummilli etirazlardan sonra Çin rəhbərliyi 2020-ci ilin əvvəlindən həyata keçirilən “Sıfır Covid” strategiyasını radikal şəkildə dayandırdı. Xəstəxana və apteklərlə yanaşı, Çin xalqı atılan radikal addımla hazırlıqsız üzləşdi. Çində səhiyyə sistemi epidemiya başlayandan bəri yoluxmaların artması səbəbindən ən çətin günlərini yaşayır. Bəzi şəhərlərdə həkimlərdən yoluxmuş və qızdırmalı olmasına baxmayaraq işə qayıtmaları istənilib, bəzi şəhərlərdə təqaüdçülər vəzifə yerinə çağırılıb.

 

Sosial mediada paylaşılan görüntülərdə xəstəxanaların təcili yardım şöbələri daxilində və xaricində uzun növbələr görünüb. Otaq və çarpayı tapa bilməyən xəstələrin dəhlizlərdə çarpayı və xərəyələrdə müalicə gözlədikləri bildirilib.

 

Ölkədəki krematoriya və morqlarda da böyük sıxlığın olduğu bildirilir. Cəsədləri daşıyan avtomobillərin krematoriyaların qarşısında uzun növbələr yaratdığı görülüb.

 

Hazırda Çində yalnız Covid-19-un səbəb olduğu pnevmoniya və tənəffüs çatışmazlığı səbəbindən həyatını itirənlər “Covid-ilə bağlı ölüm” kimi qeydə alınır. Səlahiyyətlilər epidemiya statistikasına başqa xəstəliyi olanları daxil etmir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı