Nigeriyada avtomobil karnaval zonasına daxil olub: 14 nəfər ölüb, 24 nəfər yaralanıb - ÖZƏL
Nigeriyanın Calabar şəhərində keçirilən karnavalda dünən bir avtomobil motosiklet şousunu izləyən kütlənin arasına düşüb. Bildirilib ki, avtomobilin aşması nəticəsində 14 nəfər ölüb, 24 nəfər yaralanıb.
QHT.az xəbər verir ki, yerli mənbələrdən verilən açıqlamada hadisə nəticəsində ən azı 14 nəfərin öldüyü, 24 nəfərin yaralandığı bildirilib.
Polis tərəfindən saxlanılan nəqliyyat vasitəsinin sürücüsünün sərxoş olduğu və sükanı itirərək qəza törətdiyi bildirilib.
Tədbirdən sonra karnavalda motosiklet nümayişləri ləğv edilsə də, digər tədbirlərin davam edəcəyi bildirilib.
Nigeriyanın ən böyük küçə şənliyi adlandırılan karnaval hər il dekabr ayı ərzində yerli və xarici turistləri qarşılayır.