Cənubi Koreyada beyin yeyən amöb ölümə səbəb oldu - ÖZƏL
Cənubi Koreya insan beyninə burundan daxil olan "beyin yeyən amöb" kimi tanınan "Naegleria fowleri"nin ilk ölüm hadisəsinin qeydə alındığını açıqlayıb.
QHT.az xəbər verir ki, palçıqlı su, göl və üzgüçülük hovuzu kimi durğun sularda yaşayan və insan beyninə burundan daxil olan "beyin yeyən amöba" kimi tanınan "Naegleria fowleri"-dən ilk dəfə bir insan ölüb.
Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Agentliyindən (KDCA) verilən şərhdə, "Bir müddət əvvəl xaricdən qayıdan bir serebral meningit xəstəsində "Negleria fowler" infeksiyasının tapıldığı ilk dəfə təsdiqləndi" ifadələri yer aldı. Dekabrın 10-da Cənubi Koreyaya qayıdan və dekabrın 21-də dünyasını dəyişən xəstənin baş ağrısı, qızdırma, qusma, nitq pozğunluğu kimi əlamətlər göstərib. Qeyd edək ki, həmin şəxs ölkəyə qayıtmazdan əvvəl 4 ay müddətində Taylandda idi.