Xəbərlər 27.12.2022 18:23 918

Yeni ildə hansı ölkələr Aya səyahət etməyi planlaşdırır? - ÖZƏL

2023-cü ildə Rusiya, Hindistan və Avropa Kosmik Agentliyi Ayın üzrə kosmik missiyalara başlayacaq. Kəşfiyyat işləri ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) tərəfindən bu yaxınlarda təşkil edilən "Artemida I" proqramına uyğun olaraq aparılır.

 

QHT.az xəbər verir ki, insanları Aya, daha sonra isə Marsa aparmaq üçün nəzərdə tutulmuş "SLS-Orion" kosmik gəmisi ilə həyata keçirilən" Artemis I" missiyası uzunmüddətli kosmos tədqiqatı layihəsinin ilk addımıdır.

 

Hindistan 2023-cü ilin iyun ayında Ayın səthini araşdırmaq üçün "Chandrayaan 3" proqramını işə salmağı planlaşdırır. Ölkə, ilk dəfə 2008-ci ildə "Chandrayaan 1" ilə Aya eniş etmişdi.

 

Rusiya Ayın cənub qütbündən nümunələr toplamaq üçün nəzərdə tutduğu"Luna 25" missiyasını 2023-cü ilin iyulunda işə salmağı planlaşdırır.

 

"SpaceX" şirkəti yaponiyalı milyarder Yusaku Maezava və digər səkkiz sərnişini 2023-cü ilin sonunda Ay ətrafında "DearMoon" səyahətinə aparmağı planlaşdırır. Bu, 100 nəfəri daşıya bilən Starship vasitəsinin ilk missiyası olacaq.

 

NASA-nın "Artemida II" adlı növbəti Ay missiyası 2024-cü ildə başlayacaq. Bunun ardınca Aya ilk qadın və ilk qaradərili kişinin olacağı "Artemida III" adlı missiya 2025-ci ildə baş tutacaq.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı