Xəbərlər 27.12.2022 17:27 1213

Tayvanda məcburi hərbi xidmət müddəti uzadılıb - ÖZƏL

Tayvan prezidenti Tsai İnq-Ven ölkədə bütün kişilər üçün məcburi hərbi xidmət müddətinin 4 aydan 1 ilə qədər artırıldığını açıqlayıb. Qərar 2024-cü ildə qüvvəyə minəcək.

 

QHT.az xəbər verir ki, Çinin artan hərbi təzyiqləri qarşısında adada döyüş hazırlığı və mülki müdafiə də daxil olmaqla yeni tədbirlər görülür.

 

Məcburi hərbi xidmət müddətində ABŞ ordusunun da istifadə etdiyi hədəf təlimi və döyüş hazırlığı keçiriləcək.

 

Əsgərlərə daha güclü silahlardan, o cümlədən “Stinger” zenit raketlərindən və tank əleyhinə raketlərdən istifadə etmək öyrədiləcək.

 

Prezident Tsai İnq-Ven, "Kifayət qədər güclü olduğu müddətcə Tayvan bütün dünyada demokratiya və azadlığın simvolu olacaq. O, döyüş meydanına çevrilməyəcək" deyib.

 

Məcburi hərbi xidmət müddətinin uzadılması qərarını qəbul etmələrinin çox çətin olduğunu vurğulayan Tsai İnq-Ven, "Biz sülh istəyirik, ancaq özümüzü müdafiə etməyi bacarmalıyıq" dedi.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı