Xəbərlər 27.12.2022 16:18 1723

2022-ci ilin ən dağıdıcı təbii fəlakətləri açıqlanıb - ÖZƏL

İngiltərə və İrlandiyadakı 41 xristian kilsəsinin yardım və inkişaf agentliyi olan "Christian Aid", ən dağıdıcı təbii fəlakətləri və iqlim dəyişikliyi səbəbindən 2022-ci ildə gətirdiyi maddi ziyanı əhatə edən hesabat dərc edib. Hesabatda ABŞ və Kubada təsirli olan “İan” qasırğasının 100 milyard dollar ziyan vurduğu bildirilib.

 

QHT.az xəbər verir ki, "Christian Aid"-in dərc etdiyi hesabatda bu il iqlim dəyişikliyi nəticəsində baş verən ən dağıdıcı Təbii Fəlakətlər sıralanıb. ABŞ-ın Florida ştatında və Kubada sentyabr ayında təsirli olan “İan” qasırğasının 100 milyard dollar maddi ziyana səbəb olduğu və 40 min insanın didərgin düşməsinə səbəb olduğu bildirilib.

 

Avropada yay aylarında təsirli olan quraqlığın isə 20 milyard dollara başa gəldiyi bildirilib. Pakistanda sel fəlakəti nəticəsində 7 milyon insanın didərgin düşdüyü, 30 milyard dollarlıq maddi ziyanın olduğu bildirilib.

 

Şərqi Afrikada yaşanan quraqlığın 36 milyon insanı təsir etdiyini ifadə edən agentlik, qeydə alınan hava hadisələrinin qida təhlükəsizliyi, quraqlıq, kütləvi yerdəyişmə və insan itkisi kimi ciddi problemlərə səbəb olduğunu dedi. Quraqlıq Şərqi Afrikada 36 milyondan çox insana təsir etdi və çoxlarını qıtlıq həddinə çatdırdı. Şərqi Afrikada insanlar quraqlıqdan əziyyət çəkərkən; Qərbi Afrikada Nigeriya, Kamerun, Mali və Nigerdə ​​600-dən çox insanın ölümü ilə nəticələnən sel fəlakətləri nəticəsində 1 milyon 300 min insan didərgin düşüb.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı