Xəbərlər 27.12.2022 15:58 837

12 arvad, 102 uşaq və 568 nəvə: 67 yaşlı fermer daha uşaq istəmir - ÖZƏL

Uqandada yaşayan, 12 arvadı, 102 uşağı və 568 nəvəsi olan fermer artıq uşaqlarına baxa bilməyəcəyini bildirərək dövlətdən kömək istəməsi ilə diqqət mərkəzinə düşüb. QHT.az xəbər verir ki, ailəsinin daha çox böyüməsini istəmədiyini bildirən kişi qəzetlərə ailə planlaması ilə bağlı arvadlarına göstəriş verdiyini deyib.

Uqandanın Bugisa şəhərində yaşayan 67 yaşlı fermer Musa Hasahya 12 otaqlı geniş evdə yaşayır. Ancaq ailəsinin böyüklüyünü nəzərə alsaq, bu ev onlara çatmır.

 

Çoxarvadlılığın qanuni olduğu bölgədə yaşayan Musa Hasahyanın 12 arvadı, 102 uşağı və 568 nəvəsi var. Övladlarını nəvələrindən ayıra bilsə də, açıq etiraf edir ki, onların hamısının adını bilmir


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı