Xəbərlər 28.12.2022 12:47 1283

"Lady in red" İrana qayıtdı!.. Jalə Mütəllimova yazır

O, İrandakı aksiyasının simvoluna çevrilir...
İranda qadınların cəzalandırılması, qətlə yetirilməsi hadisələri davam edir. Artıq öldürülən gənc qızların məzarları başında onlara ataları ağı deyir. Şəkili təqdim olunan digər xanım isə 60 şallaq, bir illik həbslə cəzalandırılıb... 

 

***
 

...İllər öncə küçədə qırmızı geyimli qadın gəzirdi. Səksəninci illərin sonuna qədər İranın Tehran şəhəri, Firdovsi küçəsində, eyni yerdə, eyni saatda bir neçə dəqiqə dayanar, sonra gözdən itərdi. Bu artıq o illər idi ki, İranda qadınların bir üat geyim rəngi vardı, qara çadra. 
 

Ancaq nədənsə qanuna zidd davranan bu al qırmızı geyimli qadına nəsə demirdi. Hamı ondan çəkinirdi. 
Tehranda insanların dediyinə illər önvə, bu qadın və sevgilisi gənc olanda, hər gün eyni yerdən, eyni saatda bir-birlərini görmək üçün keçirmiş. İranda bir münasibət rəsmiləşməyibsə, iki insan bir-birini sevsə də görüşə bilməz. Ancaq  bu iki gənc mənasiz bir qaydaya  bu bir neçə dəqiqəlik, ayaqüstü görüşləri ilə etiraz edirdi.  Günlərin birində artıq gənc oğlan, görüş yerinə gəlmədi. O sanki heç yox imiş kimi qeybə çəkildi. Gəncin hara qeyb olduğu haqda heç bir xəbər olmasa da səksəninci illərin sonuna, lap yaşlanana qədər qadın  eyni küçədə, eyni ünvana gəlib, eyni saatda, eyni zaman müddətində, həm də  al qırmızı geyimdə, gəlir, dayanır,  gözləyir və gözdən itirdi. 

 

İranda bir neçə dəfə ondan bu hərəkətinin səbəbini soruşurlar. Niyə və kimi gözlədiyi ilə maraqlanırlar... 
...Yaşlı, əsəbləri pozulmuş al qırmızı geyimli qadın... heç...heç kimi gözləmirəm... Mən SEVGİ gözləyirəm, deyir... 

 

Onu ənənəvi yerdə ən son səksənlərin sonlarında görürlər. İndi sevgiyi gənci gözləyə-gözləyə qocalan qadın da yoxdur. Haqqında kimsə nəsə bilmir. Bilinən bir odur ki, hamını qaraya bürüyən İran rejimi o qadının illər boyu qırmızı geyiminə hrç bir münasibət göstərmədi. Ona yaxın durmağa çalışan hər kəsi aradan çıxarmaqla məşğul oldu. Dolayısı ilə "Lady in Red" ləqəbiylə bir dönəm dünya mediasının da diqqətini çəkən qadından İran rejiminin qorxusu var idi. 
 

İyirmi ildən sonra  "Lady in Red" yenə İrana qayıtdı. O, qadınları qətl edilən İranda simvola çevrilir. Son bir neçə gündə, İrandakı etirazlarda çoxlu sayda qırmızı geyimli qadın görünür. Aksiyaya səs-küyə rəğmən, qadınlar sakit bir küncdə bir neçə dəqiqə dayanır və gözdən itirlər. Bəzi sosial şəbəkələrdə artıq  "Lady in Red" adlı qruplar belə yaradıb, al qırmızı geyinən gənc xanımların üzü bağlı şəkilləri həmin səhifələrdə paylaşılır. Onlar, İran üçün dünyadan ƏDALƏT, SEVGİ gözləyirlər...Amma gələcəkmi?..
 

Jalə Mütəllimova 
28.12.2022

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı