Xəbərlər 23.12.2022 23:09 3062

Masallı pəhləvanları ölkə çempionatının qızıl və gümüş medalını qazanıblar

Masallı pəhləvanları ölkə çempionatının qızıl və gümüş medalını qazanıblar

 

 

 

Bakı İdman Sarayında keçirilən güləş üzrə Azərbaycan çempionatına yekun vurulub.

 

Dörd gün (20-23 dekabr) davam edən ölkə çempionatı sərbəst və yunan-Roma güləşi üzrə milli komandalara seçim xarakteri daşıyıb.

 

Sərbəst güləş üzrə yarışlarda Masallı idmançılarından Rahid Həmidli və Zəfər Əliyev uğurlu nəticələr əldə ediblər.

 

Belə ki, 125 kiloqram çəki dərəcəsində mübarizə aparan Rahid Həmidli bütün rəqiblərindən üstün olduğunu isbatlayıb. ¼ finalda AGF təmsilçisinə 3:0, yarımfinalda gəncəli güləşçiyə 4:2, həlledici mərhələdə isə Aslan Abakarova (AGF) 4:0 hesabı ilə qalib gələn pəhləvanımız ölkə çempionu tituluna sahiblənib.

 

97 kiloqramda əzmkar döyüş sərgiləyən Zəfər Əliyev final mərhələsinin iki görüşündə rəqiblərinə aman verməyərək (10:0 və 3:0) finala yüksəlib. O, son görüşdən məğlub ayrılsa da çempionatın gümüş medalına layiq görülüb.   

 

Qeyd edək ki, hər iki pəhləvan Masallı rayon Gənclər və İdman İdarəsi nəzdindəki Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Təhmasib İsayevin yetirməsidir.

 

 

 

Akif VAQİFOĞLU,                       

 

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü

 

 

 

Akif Ağayev

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı