Xəbərlər 15.12.2022 10:20 2970

Sahib Məmmədovun 60 yaşı tamam olur - TƏBRİK

TANINMIŞ HÜQUQŞÜNAS VƏ İCTİMAİ XADİM, VƏTƏNDAŞLARIN ƏMƏK HÜQUQLARINI MÜDAFİƏ LİQASI İCRAİYYƏ KOMİTƏSİNİN SƏDRİ SAHİB MƏMMƏDOVUN 60 YAŞI TAMAM OLUR. 

 

Sahib Məlik oğlu Məmmədov 15 dekabr 1962-ci ildə Ucar rayonunda anadan olub.

Həyatı və əmək fəaliyyəti

  • 15 dekabr 1962-ci ildə Azərbaycan Respublikasının Ucar rayonunun Müsüslü kəndində dəmiryolçu ailəsində doğulmuşdur; 1970–1980-ci illərdə Ucar rayon Müsüslü kənd orta məktəbində təhsil almışdır; 1981–1991-ci illərdə (donanmada xidmət illəri çıxılmaqla) Bakı Tunel Tikintisi İdarəsində işləmişdir. 
  • Əmək fəaliyyətinə Şimali Qafqazda, Baksan dərəsində, Neytirino qəsəbəsində abservatoriya tikintisində başlamışdır;
  • 1981–1984-cü ildə SSRİ Hərbi Dəniz Donamasının Sakit Okean Donanmasında müddətli hərbi xidmət keçmişdir. Sakit Okean Donamasının 17-ci Operativ Eskadrasının tərkibində Cənubi Vyetnamada (Kam-Ran yarımadası) döyüş xidmətində olmuşdur. Həmin eskadranın tərkibində həmçinin Yemən (Sakkotra adası), Efiopiya (Daxlaq adası), Polşa (Qdınıya) xidmətinin davam etdirmiş və Baltik Donamasından tərxis olunmuşdur. 
  • Hərbi xidmətlərinə görə "Uzaq səfərlərə görə" medalı ilə və digər hərbi təltiflərə layiq görülmüşdür; 1985–1991-ci illərdə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində coğrafiya ixtisası (həmçinin coğrafiya müəllimi) üzrə təhsil almışdır; 
  • 1997–2003-cü illərdə "Odlar Yurdu" Universitetində hüquqşünası ixtisası üzrə ikinci təhsil almışdır;
  • 2002–2004-cü illərdə Polşada (Varşava) İnsan Hüquqları üzrə Beynəlxalq Ali Kursu bitirmişdir;
  • 1987–1991-ci illərdə Milli Azadlıq Hərəkatında fəal iştirak etmişdir. 1987-ci ildə İşlədiyi Bakı Tunel Tikintisi İdarəsində bir neçə həmkarı ilə birgə "Azad həmkarlar birliyi" adlı yarımleqal təşkilat yaratmışdır və ona rəhbərlik etmişdir;
  • Azərbaycan Xalq Cəbhəsinin yaradılmasında və təşkilatlanmasında iştirak etmiş, AXC Oktyabr (Yasamal) (AXC İzmir şöbəsi) rayon şöbəsinin Bakı Tunel Tikintisi İdarəsi üzrə Dayaq Dəstəsinin təsis edilməsində fəal iştirak etmiş və onun rəhbəri olmuşdur. AXC Oktyabr (Yasamal) (AXC İzmir şöbəsi) Şöbəsinin Məclis Sədri olmuşdur;
  • 1992-ci ildə keçirilən Prezident seçkilərində Yasamal rayon seçki dairəsinin sədri olmuşdur;
  • 1992-ci ildə əvvəlcə Yasamal rayon İcra Hakimiyyəti Başçısının humanitar məsəllər üzrə birinci müavini işləmişdir;
  • 1992–1993-cü illərdə Yasamal rayon İcra hakimiyyətinin başçısı vəzifəsində işləmişdir;
  • 1993-ci ilin may ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Prezident Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir və iyul ayınadək həmin vəzifədə işləmişdir;
  • 1993–1997-ci illərdə Azərbaycan Neft-qaz sənayesi işçilərinin Azad Həmkarlar İttifaqında Əməyin Hüquq müfəttişi vəzifəsində işləmişdir; 
  • 1997-ci ildə bir qrup həmkarları ilə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasını (VƏHML) təsis etmiş və onun İcraiyyə Komitəsinin sədri seçilmişdir. VƏHML 2000-ci ilin mart ayının 18-də Ədliyyə Nazirliyinin Kollegiyası tərəfindən ictimai birlik kimi qeydə alınmışdır. Sahib Məmmədov hal hazırda bu təşkilatın icraiyyə komitəsinin sədridir.

İctimai və siyasi fəaliyyət

  • 1989–1994-cü illər -Azərbaycan Xalq Cəbhəsinin üzvü. AXC Oktyabr (Yasamal) (AXC İzmir şöbəsi) Şöbəsinin məclis sədri;
  • 1995–1996-cı illər-Vəhdət partiyası sədrinin birinci müavini, Baş Məclisin sədri;
  • 1996–2000-ci illər-Müsavat Partiyasının üzvü;
  • 1997-ci ildən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri;
  • 2008-ci ildən Azərbaycan Hüquqşünaslar Konfederasiyası İdarə Heyətinin üzvü;
  • 2008–2021-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü olub (2008, 2012 və 2016-cı illərdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamıilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına üzv təyin edilmişdir), Şuranın Apelyasiya Komissiyasının sədri olmuşdur;
  • 2005-ci ildən İnsan Hüquqları Məsələləri üzrə Birgə İşçi Qrupun üzvü (2014-cü ildən İşçi Qrupun katibi);
  • 2011–2013 və 2021-2023-cü illər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İctimai Şura üzvü;
  • 2015-ci ildən Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvü;
  • 2013-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yanında (Hazırda Dövlət İmtahan Mərkəzi) İctimai Şuranın üzvü;
  • Hazırda Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü (2007–2009-cu illərdə İctimai Komitənin koordinatoru);

QHT.az olaraq Sahib Məmmədovu 60 illik yubileyi münasibətilə təbrik edir və fəaliyyətində yeni uğurlar arzulayırıq!

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı