Xəbərlər 10.12.2022 09:26 1223

QHT sədri: Qarabağda qızıl, mis yataqlarımız qanunsuz istismar edilir

Qarabağ İqtisadi Zonasında cərəyan edən proseslər bizi çox narahat edir. Bu ərazilərdə qızıl, mis və molibden yataqları qanunsuz şəkildə istismar edilir və ölkədən çıxarılır.

QHT.az xəbər verir ki, bu fikirləri Rusiyanın Bakıdakı səfirliyinin qarşısında keçirilən etiraz aksiyasının iştirakçısı, Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İsgəndərli deyib.

O bildirib: “Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilər bizim nəzarətimizdən kənardadır. Bu, təbii olaraq narahatlıq yaradır. Vətəndaş cəmiyyəti olaraq həmin ərazilərə monitorinq qrupunun göndərilməsinə imkan verilməsini istəyirik. İnanırıq ki, bu istiqamətdə istəyimizə nail ola biləcəyik”


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı