Xəbərlər 05.12.2022 22:24 1220

Ədliyyə Nazirliyin  əməkdaşları İspaniyada təlim səfərində olub - FOTO

Avropa İttifaqı və Avropa Şurasının birgə həyata keçirdiyi “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II” birgə proqramı çərçivəsində “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi üzrə Azərbaycanın müvafiq dövlət qurumları nümayəndələrinin İspaniyaya təlim səfəri təşkil olunub.
 

Bu baradə QHT.az  xəbər verir ki, səfərin məqsədi qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında İspaniya təcrübəsi ilə tanışlıq olub.
 

Təlim səfərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova və Qanunvericilik Baş idarəsinin baş məsləhətçisi Aydan Həmidova da iştirak ediblər.

Səfər çərçivəsində iştirakçılar İspaniyanın Bərabərlik Nazirliyində, Məişət və Gender əsaslı zorakılığa dair Dövlət Observatoriyasında, Gender əsaslı zorakılıq üzrə ixtisaslaşmış məhkəmədə, Daxili İşlər Nazirliyinin tabeliyindəki Ailə və qadın mərkəzində, Koordinasiya və Araşdırmalar üzrə Baş idarəsində, Təhlükəsizlik üzrə Dövlət katibliyində, həmçinin “Cometa” idarəetmə və 016 çağrı mərkəzlərində görüşlər keçiriblər.


Görüşlər zamanı həmin qurumların səlahiyyətli nümayəndələri gender əsaslı zorakılığının qarşısının alınması və ona qarşı mübarizəyə dair İspaniya təcrübəsi, bununla bağlı ixtisaslaşmış məhkəmə, vətəndaş cəmiyyəti və çağrı mərkəzlərinin fəaliyyəti haqqında geniş məlumat veriblər.


İnteraktiv müzakirələr zamanı nümayəndə heyəti üzvləri tərəfindən Azərbaycanda qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması ilə bağlı həyata keçirilən kompleks tədbirlər, məhkəmə-hüquq sistemində aparılan islahatlar və yeniliklər barədə məlumat verilib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı