Xəbərlər 14.11.2022 17:16 1257

Hüquq və İnsan Haqları İnstitutunun rəhbəri BMT-nin Regional Forumunda iştirak edib - FOTO

10-11 noyabr 2022-ci il tarixində Hüquq və İnsan Haqları İnstitutu İdarə Heyətinin sədri Məhəmməd Quluzadə BMT İnkişaf Proqramının İstanbulda keçirdiyi “Şərqi Avropa və Orta Asiyada Biznes və İnsan Haqları 3-cü BMT Regional Forumu”nda iştirak edib.


QHT.az xəbər verir ki, tədbirdə 2011-ci ildə qəbul edilmiş BMT-nin Biznes və İnsan Haqları üzrə Təməl Prinsiplərinə uyğun olaraq dövlətin və biznesin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfəsi, regionda ən son yeniliklər, şirkətlərin insan hüquqlarına daha çox diqqət yetirmələrinin vacibliyi, həmçinin bu sahədə qanunvericiliyin və praktikanın təkmilləşdiriməsi ilə bağlı müzakirələr aparılıb.


Forumda beynəlxalq təşkilatların təmsilçiləri, müxtəlif ölkələrin dövlət, vətəndaş cəmiyyəti və biznes sahələrinin nümayəndələri, eləcə də alimlər iştirak ediblər.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı