Xəbərlər 28.10.2022 00:41 1316

BMT-Azərbaycan tərəfdaşlığının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

BMT-Azərbaycan tərəfdaşlığının 30-cu ildönümünə həsr olunmuş BMT Günü tədbirində 300-dən çox dövlət rəsmisi, parlament üzvü, diplomatik korpus təmsilçisi, eləcə də vətəndaş cəmiyyəti və media nümayəndəsi iştirak edib.

QHT.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreeva və Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov dayanıqlı inkişaf məqsədlərinə nail olmaq istiqamətində BMT-Azərbaycan tərəfdaşlığının əhəmiyyətini qeyd ediblər.

BMT-Azərbaycan tərəfdaşlığının 30-cu ildönümünə həsr olunmuş sərgi ilə davam edən tədbirdə Xəzər Universitetinin Kamera Orkestri Azərbaycan bəstəkarlarının əsərlərini ifa edib.
 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı