Elanlar 01.10.2022 14:33 1989

İş elanı - Lahiyə Köməkçisi

 

Tarix:  30 sentyabr 2022-ci il                    

Vəzifə: Lahiyə Köməkçisi
Yer: Bakı, Azərbaycan

Vəzifə öhdəlikləri:

•    Layihələrin idarə edilməsində köməklik göstərmək; 
•    Görüşləri və təlimləri təşkil etmək;
•    Müvafiq sənədləşdirmə və əlaqələndirmə işini aparmaq (məktublar göndərmək və zənglərə cavab vermək və s.);
•    Təqdimatlar hazırlamaq;
•    Sənədləri tərcümə etmək;
•    Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək.


Namizədə olan tələblər:
•    Ali təhsil;
•    QHT sektoru ilə tanışlıq;
•    Ən azı 2 il iş təcrübəsi;
•    Korporativ müştərilərlə işləmək bacarığı;
•    Ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
•    Mükəmməl Azərbaycan dili;
•    Orta səviyyədə İngilis dili;
•    Sosial media ilə işləmək bacarığı;
•    Standart MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarıqları (Word, Excel, və s.).

 

Digər məlumatlar:
Əmək haqqı 1000-1200 AZN. Vəzifə 1,5 il üçün elan edilir. Maraqlanan şəxslər mövzu yerində müraciət edilən vəzifənin adını mütləq şəkildə qeyd etməklə, əvvəlki təcrübə haqqında ətraflı məlumat və şəkil əlavə edilmiş CV-ni 06 oktyabr 2022-ci il saat 13:00-dək [email protected] email-nə göndərə bilərlər.  


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı