Xəbərlər 06.09.2022 21:59 1514

QHT Qaradağda rentgen müayinəsini təşkil etdi - FOTO

Qaradağ rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Vərəm əleyhinə QHT Koalisiyasının üzv təşkilatlarından olan  "Sağlamlığa Xidmət" İB- nin sədr müavini, həkim Samirə Muxtarova, texniki işçi Zülfüqar Əbülhəsənov və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin "İcmaya əsaslanan sağlamlıq" proqramının koordinatoru Mətanət Qaraxanova  Qaradağ rayonunun Buta qəsəbəsində yerləşən 9 saylı Birləşmiş Şəhər Xəstəxanasında əhali  arasında ağciyərlərin rentgen müayinəsini təşkil ediblər. 

Müayinələr Yaponiyanın "Fujifilm" şirkətinə məxsus süni intellektə malik "FDR X-Air", portativ rentgen aparatı ilə həyata keçirilmişdir. 
Buta qəsəbəsinin sakinlərindən əlavə Qızıl Daş və Körgöz qəsəbələrinin sakinləri də müayinəyə cəlb olunmuşdur. Ümumilikdə 51 nəfərin iştirak etdiyi skrininq  nəticəsində 5 nəfər şəxsin  ağciyərlərində dəyişikliklər müəyyən edilmişdir.

Tədbirdə Qaradağ İcra Hakimiyyətinin müavini Təranə Məmmədova, Qaradağ rayon 9 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Sərvinaz Tarıverdiyeva və işçi heyəti, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Rayon Bölməsinin sədri iştirak etmişdir.
Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının üzvləri tədbirin yüksək səviyyədə təşkilinə görə təşkilatçılara dərin təşəkkürlərini bildirərək,  digər qəsəbələrdə də davamlı olaraq müayinələrin təşkil olunmasına dəstək olacaqlarını səsləndirmişlər.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı