Xəbərlər 24.05.2022 00:01 3975

Fransa hökuməti QHT sədrini  "Milli Cəngavər” ordeni ilə təltif etdi

Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl Fransa hökuməti tərəfindən "Milli Cangavər” Ordeni ilə təltif edilib.
 
QHT.az xəbər verir ki, təşkilat sədri bununla bağlı paylaşım edib.
“Əziz Dostlar, bu günüm sizin xoş, mehriban, sevgidolu təbriklərinizlə keçdi! Sevincimə sevinc, qüruruma qürur qatdınız! Hər birinizə ürəkdən təşəkkür edirəm!
 
Fransa Hökumətinin mənə layiq gördüyü mükafat Azərbaycanda 25 ilə yaxın gender bərabərliyi sahəsində olan əməyimi təqdir etmək üçün verilib. Əslində bu mükafat "Xidmətlərə görə verilən Milli Cangavər Ordeni" adını daşısa da, mən bu ifadədən çəkinirəm. Çünki Azərbaycanda bircə qızımız belə məktəbə getmək əvəzinə ərə getməyə məcbur olunursa, bircə qadınımız belə gündəlik təhqir olunur, əzilir, öldürülürsə xidmətlərimiz hələ yetərli deyilmiş deməkdir... Gender bərabərliyi uğrunda görəcək işimiz çox, gedəcəyimiz yol isə uzundur, lakin belə həvəsləndirici təşəbbüslərin olması yolun qaranlığa qərq olmasından qoruyur.
Yola davam, Allah utandırmasın!
 
Hər birinizə bir daha səmimi minnətdarlığımı bildirir, Azərbaycandakı Fransa Səfirliyinin simasında Fransa Hökumətinə dərin təşəkkürümü ifadə edirəm!”
 

Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı