Xəbərlər 07.03.2022 16:36 2752

Prezident QHT sədrlərini TƏLTİF ETDİ - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
 
QHT.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə və 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:
 
  1. Axundova Nəcibə Novruz qızı
  2. Alızadə Sevinc Əsgərxan qızı
  3. Əfrasiyabova Dilarə Paşa qızı
  4. İmanova Mehriban Təyyar qızı
  5. Qasımova Bahar Komandir qızı
  6. Qəhrəmanova Yaqut Qəhrəman qızı
  7. Mirzəzadə Gülqədəm Abdulalı qızı
  8. Muxtarova Dilarə Əliəsgər qızı
  9. Rzayeva Yazgül Həsənəli qızı
  10. Salamova Gülnaz Mustafa qızı
  11. Salehova Almas Yaqut qızı
  12. Tağıyeva Leyla Çingiz qızı
 
Qeyd edək ki, təltif olunan xanımlar arasında QHT sədrləri və nümayəndələri də var.
 
  1. Alızadə Sevinc Əsgərxan qızı, “Zəfər” Şəhid ailələrinə dəstək İctimai Birliyinin sədri
  2. Qasımova Bahar Komandir qızı, Respublika Qadınlar Cəmiyyətinin sədri
  3. Mirzəzadə Gülqədəm Abdulalı qızı, Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri
  4. Muxtarova Dilarə Əliəsgər qızı, “Milli dəyərlərin qorunması” İctimai Birliyinin sədri
  5. Tağıyeva Leyla Çingiz qızı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiridir.
 
 
Alızadə Sevinc Əsgərxan qızı

S.Alızadə Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun xanımıdır. O, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədridir. O, eyni zamanda Vəkillər Kollegiyasının üzvüdür.

 

 

Qasımova Bahar Komandir qızı

B.Qasımova Respublika Qadınlar Cəmiyyətinin sədridir.

 

 

 

Mirzəzadə Gülqədəm Abdulalı qızı

G.Mirzəzadə Neftçala rayon Qadın Resurs Mərkəzinin rəhbəri və Neftçala rayon Aşağı Qaramanlı bələdiyyəsinin sədridir.

 

 

Muxtarova Dilarə Əliəsgər qızı

D.Muxtarova tanınmış azərbaycanlı milyonçu, xeyriyyəçi Ağa Musa Nağıyevin nəvəsidir.

 

 

 

Tağıyeva Leyla Çingiz qızı

L.Tağıyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiridir.

 

Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı