Vəzifə: Müdir köməkçisi
Yer: Bakı, Azərbaycan
Vəzifə öhdəlikləri:
• Korporativ layihələrin icrasında köməklik etmək;
• Görüşlər təşkil etmək;
• Məktublar göndərmək və zəngləri qəbul etmək;
• Təqdimatlar hazırlamaq;
• Sənədləri tərcümə etmək;
• Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları icra etmək.
Namizədə olan tələblər:
• Ali təhsil;
• Köməkçi vəzifəsində ən azı 2 il iş təcrübəsi;
• Korporativ müştərilərlə işləmək bacarığı;
• Ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
• Mükəmməl Azərbaycan dili;
• Orta səviyyədə İngilis dili;
• Standart MS Office proqramlarında qabaqcıl kompüter bacarıqları (Word, Excel, və s.);
Digər məlumatlar:
Əmək haqqı 500 AZN. Vəzifə 6 ay üçün elan edilir, lakin uzadıla bilər. İlk bir ay müddəti sınaq müddəti hesab ediləcək.
Əvvəlki təcrübə haqqında ətraflı məlumat və şəkil əlavə edilmiş CV 03 dekabr 2021-ci il tarixinədək [email protected] email-nə göndərilməlidir.