Xəbərlər 07.11.2021 15:29 2531

QHT sədrinə yubiley medalı  təqdim olunub

Zəfər günü ərəfəsində Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini general-leytenant Abbas Xəlilov "Hərbi And" qəzetinin baş redaktoru, «Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə» İctimai Birliyinin sədri  Emin Həsənlini qəbul edib. 

 

QHT.az xəbər verir ki, Emin Həsənli səmimi qəbula görə minnətdarlığını bildirərək xalqımızın qürur günü - Zəfər bayramı münasibətilə təbriklərini çatdırıb. Qarşlıqlı fikir mübadiləsinin sonunda cənab general-leytenant Abbas Xəlilov tərəfindən "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" yubiley medalı Emin Həsənliyə təqdim olunub.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı