Xəbərlər 03.05.2024 23:58 2545

Azər Allahverənov elektron axtarış bazalarının hüquq tədqiqatlarında rolundan danışdı

“Hüquq jurnalların vahid elektron axtarış bazasının yaradılması hüquq tədqiqatlarının aparılmasında istifadə edilən ən çox vacib alətlərdən biri hesab olunur. Çünki beynəlxalq təcrübədə də bu var. Ümumiyyətlə, istənilən tədqiqatın aparılması üçün tematik, sahəvi bir axtarış bazasının olması vacibdir. Və bu baxımdan hüquq tədqiqatlarının aparan şəxslər üçün hüquq jurnallarının elektron axtarış bazasının ixtiyarına verilməsi olduqca əhəmiyyət kəsb edən dəstəklərdəndir. Bu istiqamətdə praktiki addımların atılması hüquq tədqiqatlarının inkişafına birbaşa olaraq müsbət təsir göstərəcək. Hüquq nəşrlərinin biri bazada akkumulyasiya olunması və saxlanılması hüquqi tədqiqatlar aparan şəxslərin işini rahat edən, vaxta qənaət edən və səmərəli şəkildə axtarış imkanı verən alətdir. Bu günün tələbinə cavab verir. Bütün hüquq jurnalları bu prosesdə iştirak etməli, öz nəşrlərinin belə bir vahid bazada toplanılmasına nail olmalıdırlar”.

Bu sözləri "İnjuria" jurnalının Redaksiya Şurasının sədri Azər Allahverənov QHT.az-a açıqlamasında bildirib.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı