Xəbərlər 03.05.2024 21:04 3441

Sağlamlıq və Ətraf Mühitin Qorunması: Şuşada Təşkil Olunan tədbir - FOTOLAR

Bu gün “Sağlamlığa Xidmət” İctimai Birliyinin və Vərəm Əleyhinə QHT Koalisiyasının təşəbbüsü ilə bir qrup səhiyyə və ekologiya üzrə qeyri- hökumət təşkilatı Şuşada sağlamlıq və ətraf mühitin qorunması ilə əlaqədar tədbir keçirib. 

QHT.az xəbə verir ki, tədbirin məqsədi 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı- Cop 29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar qeyri- hökumət təşkilatının iştirakının təmin edilməsi və “Yaşıl Dünya naminə Həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi ilə bağlı olub. Tədbirdə eyni zamanda, səhiyyə sahəsində  yeniliklər, o cümlədən ölkədə vərəmlə mübarizə istiqamətində görülməsi planlaşdırılan gələcək fəaliyyətlərlə bağlı fikir mübadiləsi aparılıb, ölkəmizdə 2023 -24-cü illəri əhatə edən Qlobal Fond tərəfindən maliyyələşdirilən və Səhiyyə Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində icra olunan “Azərbaycanda Vərəm stiqmasının qiymətləndirilməsi” layihəsinin nəticələri tədbir iştirakçılarına təqdim olunub.

Vərəm Əleyhinə QHT Koalisiyasının sədri, "Sağlamlığa Xidmət" İctimai Birliyinin sədri Elçin Muxtarlı tədbirdə açılış nitqi ilə çıxış edib və təbir iştirakçılarına uğurlar arzu edib.

Tədbirdə "Sağlamlığa Xidmət" İctimai Birliyinin İcraçı direktoru, COP29 Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva QHT- lərin COP-da iştirakı ilə bağlı olan mexanizm barədə məlumat verib. Daha sonra “Qadın Gələcək və İnkişaf” İctimai Birliyinin sədri Gülşən Axundova COP28 ilə bağlı öz təəssüratlarını, o cümlədən COP29- dan QHT-lərin gözləntiləri barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının dosenti, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin eksperti Mətanət Qaraxanova “Ətraf mühit və sağlamlıq” mövzusunda təqdmatla çıxış edib.

Daha sonra tədbir müxtəlif ətraf mühitin qorunması istiqamətində müzakirələrlə davam edib.

Qeyd edək ki, tədbir Şuşanın görməli yerlərinin ziyarət edilməsi ilə 4 may tarixində də davam edəcək.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı