Xəbərlər 03.05.2024 17:11 2290

Ağdamda təşkil olunan peşə hazırlığı kurslarına mediatur təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi media nümayəndələrinin işğaldan azad edilmiş ərazilərimizin sakinləri üçün Ağdam rayonunda təşkil olunan peşə tədrisi prosesi ilə tanışlığı məqsədilə mediatur təşkil edib.

 

Jurnalistlərə həyata keçirilən aktiv məşğulluq tədbirləri barədə məlumat verilib. Bu tədbirlərin bir istiqaməti olaraq sakinlərin peşə hazırlığının təşkili işlərinin də aparıldığı bildirilib.

 

Qeyd olunub ki, Agentliyin Qarabağ Peşə Hazırlığı Mərkəzinin təşkil etdiyi kurslarda geniş profilli dəzgahçı peşəsi öyrədilir.

 

İki ay davam edən kurslar nəzəri və praktiki təlimlərdən ibarətdir. Təlimlərin praktiki hissəsini Türkiyədən dəvət olunmuş peşəkar mütəxəssislər həyata keçirir.

 

Üç qrup üzrə təşkil edilən kurslara artıq 31 nəfər cəlb edilib. Kursları uğurla bitirənlərin işlə təminatına da dəstək göstərilir.

 

Media nümayəndələri kursları bitirib işlə təmin olunmuş şəxslərdən bir qismi ilə də görüşüb, onların iş şəraiti ilə tanış olublar.

 

İşğaldan azad olunmuş ərazilərə köçürülmüş, habelə bu il ərzində köçürülməsi nəzərdə tutulan işsiz və ya işaxtaran şəxslər peşə kurslarına müraciət etmək üçün DOST mərkəzlərinə, məşğulluq filiallarına yaxınlaşaraq və ya sosial.gov.az saytındakı “Qarabağ və Şərqi Zəngəzurda peşə hazırlığı” bölməsindəki linkə daxil olaraq müvafiq formanı doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı