Xəbərlər 03.05.2024 15:39 3043

Hüquq və İnsan Haqları İnstitutu Hüquq Jurnallarının Elektron axtarış bazasının yaradılması üzrə tədbir keçirir

Hüquq və İnsan Haqları İnstitutu hüquq sahəsində nəşr olunan elmi jurnalların vahid elektron axtarış bazasının yaradılması, hüququn ayrı-ayrı sahələri, o cümlədən insan hüquq və azadlıqları sahəsində elmi-tədqiqat potensialının artırılması və hüquq nəşrlərinin bir bazada toplanılması məqsədilə dəyirmi keçirilir.

QHT.az xəbər verir ki, indi İnstitutda keçirilən tədbirdə 20 hüquq jurnalının təsisçiləri və redaksiya heyəti, müxtəlif təhsil ocaqlarını təmsil edən hüquqşünas alimlər və aidiyyəti dövlət qurumlarının əməkdaşları tərəfindən sözügedən mövzu ətrafında fikir mübadiləsi aparılıb, elektron axtarış bazasının yaradılması istiqamətində səmərəli təkliflər dinlənilib.

İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə qeyd edib ki, hüquq jurnallarına dair vəziyyəti öyrənmək məqsədilə İnstitut 109 hüquqşünas və 13 hüquq jurnalı arasında onlayn elektron sorğu keçirib və monitorinq hesabatı hazırlayıb. Monitorinq nəticəsində hüquqşünasların Azərbaycanda dərc olunan hüquq jurnallarına məqalə yazmaqda maraqlı olduqları, bir çox hüquq jurnallarının elektron formatının mövcud olmaması, yazılan məqalələrin keyfiyyətinin aşağı olması və beynəlxalq reytinqlərdə az təmsil olunmaları müəyyən edilib. Bu problemlərin aradan qaldırılması üçün İnstitut BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) ilə birlikdə hüquq jurnallarının vahid elektron axtarış bazasını yaratmağa dair razılıq əldə edib.

Tədbirdə iştirak edən Vəkillər Kollegiyasının Akademiyasının rektoru, professor Əmir Əliyev, AMEA-nın vitse prezidenti, akademik Gövhər Baxşəliyeva, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi Aynur Sabitova, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının şöbə müdiri Elşən Məmmədli, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini Talıb Cəfərov və digər şəxslər öz dəyərli fikirlərini səsləndirəcəklər.

 

Pərvanə Fərhadqızı

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı