Xəbərlər 03.05.2024 13:51 2434

Şəhidimiz Elvin Novruzovun doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elvin Novruzov 2001-ci il mayın 3-ü Sumqayıt şəhərində anadan olub.

QHT.az xəbər verir ki, 2019-cu ilin iyununda müddətli həqiqi hərbi xidmətə yollanıb. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 23 oktyabr tarixində Qubadlı istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Elvin Novruzov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı