Xəbərlər 03.05.2024 09:32 2272

“Yalnız bir DÜNYA” adlı ağacəkmə aksiyasında

Uşaq Səfirlər Məclisinin Sumqayıt nümayəndələrinin təşəbbüsü, rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Yalnız bir DÜNYA” layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib.

QHT.az xəbər verir ki, aksiyada regional nümayəndələr ilə yanaşı, Sumqayıt üzrə fəal uşaqlar və məktəblilər iştirak ediblər.

Qeyd edək ki, "Yalnız bir DÜNYA" layihəsi kimi mühüm təşəbbüslər ətrafında insanların bir araya gəlməsi və əməkdaşlıq etməsi əhəmiyyətli bir addımdır. Bu aksiyada uşaqlar və məktəblilərin iştirakı isə həm onların təbii mühitlə əlaqələrinin genişlənməsi, həm də ətraf mühitə qarşı məsuliyət hisslərinin inkişaf etməsinə kömək edir. Bunun kimi tədbirlər insanları təbiətin qorunmasına, ətraf mühiti səmərəli istifadə etməyə, daha yaşanılır bir planet yaratmağa yardım edir.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı