Xəbərlər 02.05.2024 20:37 1901

QHT sədri insan alverinə qarşı maarifləndirmə tədbirindən danışıb- FOTOLAR

Bu gün İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin 10 saylı Pirşağa internat məktəbinin birgə təşkilatçılığı ilə məktəbin yuxarı sinif şagirdələri ilə görüş keçirilib.

QHT.az xəbər verir ki, bu barədə Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva məlumat verib. Onun sözlərinə görə, görüşdə idarənin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Xəyyam Nəcəfov koalisiyanın üzvü Axundova Ruxsara, Zülfiyyə Nuriyeva, məktəbin direktoru Fərid müəllim, məktəbin psixoloqu Lətafət Novruzova və müəllim heyəti iştirak ediblər: “Görüşün məqsədi qloballaşan dünyada gənclərin sosial şəbəkələrə əl çatanlığını nəzərə alaraq, bu vasitə ilə mövcud təhlükəli istiqamətlərdən biri olan "insan alveri"nin qurbanına çevrilməməsi mövzusunda maarifləndirmək idi. Məktəbdə şagirdlərin vətənpərvərlik ruhunda yetişdirilməsi məqsədilə məktəbin Şəhid məzunlarının xatirəsinə "Zəfər muzeyi"mərkəzi yaradılıb. Görüş şagirdlərlə interaktiv formatda keçirilib və şagirdləri maraqlandıran suallar cavablandırılıb. Görüşün sonunda şagirdlərlə xatirə fotosu çəkilib”.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı