Xəbərlər 02.05.2024 10:40 2347

QHT sədri insan alveri və məişət zorakılığına qarşı maarifləndirici tədbirlərdən danışdı- FOTOLAR

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Baş idarəsinin, Təhsil Nazirliyinin və Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin birgə təşkilatçılığı ilə Sumqayıt məktəblərində tədbirlər keçirilib.

QHT.az xəbər verir ki, insan alveri və məişət zorakılığına qarşı maarifləndirmə tədbirlərinin mütamadi olaraq məktəblərdə, mədəniyyət ocaqlarında, gənclər evində, QHT ofisində keçirilməsində məqsəd yeniyetmə və gənclərimizin bu barədə daha çox məlumatlı olması və gələcəkdə qurbana çevrilməmələridir.

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva QHT.az-a açıqlamasında bildirib ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin bu sahədə ixtisaslaşmış QHT-lərlə əməkdaşlığı təqdirəlayiqdir: “İdarənin əməkdaşları ilə birlikdə məktəblərdə, kolleclərdə, universitetlərdə və təhsil ocaqlarında maarifləndirici tədbirlər təşkil olunur. Belə tədbirlərdən biri də mayın 1 və 2-də Sumqayıtın tədris mərkəzlərində baş tutub. Şagirdlərin məlumatlılığı hətta Baş idarənin əməkdaşını da heyrətləndirdi. Məlumat verdik ki, biz hər məktəblərdə, ofisimizdə, mədəniyyət ocaqlarında şagird və valideyinlərlə mütəmadi olaraq müxtəlif mövzularda təlim və seminarlar təşkil edirik. Əslində  bu sahədə fəaliyyət göstərən bir QHT olaraq bunu özümüzə borc bilirik”.

Qeyd edək ki, bu tədbirlər vasitəsilə şagirdlərin və valideynlərin məlumatlılığının artırılması ilə cəmiyyətin bu gün və gələcəkdə daha təhlükəsiz mühitə doğru addımlar atması təmin edilir.

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı