Xəbərlər 02.05.2024 00:47 1035

ABŞ Rusiyadan uran idxalına qadağa qoya bilər

ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalını qadağan edən qanunun qəbulunu yekdilliklə dəstəkləyib. DW yazır ki, Nümayəndələr Palatası qanun layihəsini dekabrda təsdiqləyib. Sənəd ABŞ prezidenti Co Bayden tərəfindən imzalanmaq üçün Ağ Evə göndərilib.

QHT.az xəbər verir ki, qanun 90 gündən sonra qüvvəyə minəcək, lakin eyni zamanda ABŞ reaktorlarının fəaliyyətinin risk altında olduğu halda istisnalara yol verir. Eyni qanun layihəsi, həmçinin Amerika uran emalı sənayesinin inkişafı üçün 2,7 milyard dollar azad edir. Rusiya 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı müdaxiləyə başlayandan qısa müddət sonra ABŞ Rusiya neftinin idxalına qadağa qoyub. Bununla belə, ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatına görə, Amerika atom elektrik stansiyaları 2022-ci ildə uranın təxminən 12 faizini Rusiyadan idxal edib.

Vayominqdən olan senator Con Barraso, "Bizim qanun layihəmiz Rusiya döyüş maşınının dayandırılmasına və həmçinin Amerikanın uran istehsalını canlandırmağa kömək edəcək" dedi. Onun sözlərinə görə, Vayominq Rusiya idxalını əvəz edə biləcək zənginləşdirilmiş uranı tədarük etməyə hazırdır.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı