Xəbərlər 02.05.2024 00:17 1015

“Yaşıl düşüncə maarifləndirmə proqramı” adlı könüllülər üçün ilk təlim keçirilib - FOTOLAR

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə icra edilən “Yaşıl düşüncə maarifləndirmə proqramı” çərçivəsində könüllülər üçün ilk təlim keçirilib.

QHT.az xəbər verir ki, “Tullantıların idarə edilməsi: ətraf mühitə dost yanaşma” mövzusunda keçirilən təlimdə könüllülərə tullantıların düzgün idarə olunması, növlərinə uyğun təsnifatlaşdırılması, beynəlxalq təcrübə və ölkəmizdə bu sahədə görülmüş işlər barədə ətraflı məlumatlar verilib və gənclərin ətraf mühitin mühafizəsində aktiv iştirakının vacibliyi vurğulanıb.

Gənc nəslin ekoloji biliklərinin formalaşmasına təsir göstərmək, ətraf mühitlə bağlı məlumatlılığını artırmaq və onlara bu sahədə məsuliyyət hissini aşılamaq məqsədilə keçirilən Proqrama “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri də qoşulub.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı